BRENDİN KOMMUNİKASİYA STANDARTLARI
MÜNDƏRİCAT Giriş FTP haqqında məlumat Reklam vasitələri Daxili reklamlar (INDOOR) Xarici reklamlar (OUTDOOR) Çap məhsulları (PRINTS) TV reklam(tv COMMERCIALS) Sərgilər(EXHIBITIONS) Brend daşıyıcıları Digər Kontakt siyahının hazırlanma prinsipi Tətbiqinə icazə verilməyən dizayn həlləri Yekun nəticələr 01
01 Giriş Bu sənədlə biz ümumi olaraq brendimizin reklam daşıyıcılarından istifadə prinsiplərini təqdim edirik. Bu prinsiplərə riayət edərək güclü EMBAWOOD brendini daha tez bir formada müştərilərimizə çatdıra bilərik. Reklamda hər bir kommunikasiya vasitəsinin müxtəlif optimal istifadə prinsipləri mövcuddur. Lakin buna baxmayaraq yadda saxlamaq lazımdır ki, hər bir reklam elementi vahid mesaj, vahid informasiya verməlidir. Bu yolla biz sinerjidən istifadə edərək inteqrasiyalı marketinq kommunikasiyaları qura bilərik. Marketing -Product -Place -Price -Leads -CRM Sales Promotion IT Legal Service -UX, BPM -Systems, Data -Compliance -Precedence -Support -Feedback Reklam mövzusunda informasiya kanalları arasında sinerji son dərəcə əhəmiyyətlidir və marketinq büdcəsinin optimallaşdırılması üçün vacibdir. Biz konkret olaraq hər bir kanalın düzgün istifadəsi haqqında öz fikirlərimizi Sizlərə bildirəcəyik. Qeyd etmək vacibdir ki, bu gün istehlakçı informasiya axını ilə mübarizə aparır və bizim reklamlarımız müştərini yormamaq şərtilə onun axtardığı informasiyanı verməlidir. 02
02 FTP haqqında məlumat Ümumi kontaktlar siyahısına keçməzdən əvvəl qeyd etmək vacibdir ki, bizim brendin bütün reklam ünsürləri ftp serverdə ftp://ftpserver.embawood.com/marketing/embawood linkində yerləşdirilmişdir. Buradan Siz asanlıqla istədiyiniz reklam materialın maketini istər Corel Draw (çap olunacaq format) formatında, istərsə də.jpg və ya.pdf formatda əldə edəcəksiniz. ftp://ftpserver.embawood.com ünvana daxil olun MARKETİNG qovluğuna keçin. Marketing qovluğuna keçib sonra Sizə lazım olan brendi seçin və tələb olunan faylı götürün. 03
03 Reklam vasitələri Reklam vasitələri aşağıdakılardır: 1 Mağazadaxili reklamlar (INDOOR) 2 Küçə reklamları (OUTDOOR) 3 Çap məhsulları (PRINTS) 4 TV reklam (TV COMMERCIALS) 5 Sərgilər (EXHIBITIONS) 6 Brend daşıyıcıları 7 Digər 04
04 Mağazadaxili reklam (INDOOR) Mağazalarımız bizim əsas kommunikasiya vasitələrimizdir. Mağaza daxilində biz müştərilərimizə düzgün formada informasiya verməyi bacarmalıyıq. Bu baxımdan mağazalarımızda aşağıdakı kommunikasiya vasitələri mövcuddur: - Qiymətlik - Mobayllar - Stendlər (kataloq üçün) - Məhsul haqqında məlumat - Satıcı geyimləri - Yaxa kartı (Badge) - Yeni məhsulu xarakterizə edən məlumat. Qiymətlik Qiymətliklər mağaza standartı formasında öz əksini tapmışdır. Bizim mağazalarda olan məhsulların hər birində mütləq qaydada qiymətliklər olmalıdır. Bizim mağazalarda 4 cür qiymətliklərdən istifadə edilir: A4 formatlı tam informasiya verəcək qiymətliklər; A6 formatlı masa, oturacaq və digər elementlər üçün tətbiq edilən qiymətliklər; Hər bir məhsul hissəsinin qiymətini göstərmək üçün qiymətliklər; Məhsulun vitrindən satılmasını təşkil etmək üçün olan qiymətliklər. Stendlər Mağazalarımızda çap məhsullarının qoyulması üçün stendlərin olması çox vacibdir. 05
04 Mağazadaxili reklamlar (INDOOR) Məhsul haqqında məlumat Bəzi məhsulların üzərində o məhsulu fərqləndirən informasiyaların vurulması satışın artırılmasına xidmət edir. Məsələn məhsul üzərində daha parlaq, ekoloji təmiz və ya Yeni məhsul sözlərinin xüsusi formada yazılması üstünlüyünü vurğulamaqla məhsulun ona diqqətini artırır. Satıcı geyimləri Satıcı geyimi korporativ deyil, həmçinin brendin istehlakçıya vermək istədiyi informasiyanı ozündə əks etdirməlidir. Bu baxımdan mağazalarımızda satıcıların xüsusi geyimdə olması çox vacibdir. Yaxa kartları Satıcıların geyimləri ilə yanaşı yaxa kartlarının standart formada olması brendin istehlakçıya verdiyi dəyərin göstəricisidir və istifadəsi vacibdir. Yeni məhsulu xarakterizə edən məlumat Mağaza daxilində sərgilənmiş yeni məhsullar üçün onun yeni olduğunu xarakterizə edən reklam materialı yerləşdirilməlidir. Bununla biz (istehlakçının) yeni məhsullara daha diqqətli yanaşmasını təmin etmiş oluruq. Bütün daxili reklam nümunələri aşağıdakı linkdə öz əksini tapmışdır: ftp://ftpserver.embawood.com/marketing/embawood/indoor Şirkət standartları aşağıdakı linkdə öz əksini tapmışdır: ftp://ftpserver.embawood.com/marketing/embawood/corporate STANDARTS 06
05 Kücə reklamları (OUTDOOR) Bu reklam məcrasından biz istər imic reklamı, istərsə də mağazaya yönləndirici reklamlar kimi istifadə edə bilərik.1) Küçə reklamlarında mebel şəkilindən istifadə olunması mütləq vacibdir. Bu bizim brendin mövqeyinin konkret olaraq öz kateqoriyasında möhkənlənməsi üçün son dərəcə vacibdir. 2) Bütün küçə reklamlarında mövcud loqonun reklam sahəsinə nisbətən böyük göstərməlidir. 3) Küçə reklamlarında informasiya və simvol sayını minimuma endirmək lazımdır. Bu istədiyimiz informasiyanı müştəriyə vaxtında və düzgün çatdırmaq üçün çox vacibdir. Bütün küçə reklamlarında biz informasiyanı maksimum sadə və bir-başa verməliyik. Bu məqsədlə çalışmaq lazımdır ki, küçə reklamlarında vahid mesaj olsun və loqo böyük görünsün. Küçə reklamlarının ən geniş yayılmış istifadə metodlarından biri də mağaza açılışlarında konkret coğrafi əhatə çərçivəsində yaxında açılış olmasına dair informasiyaların yerləşdirilməsidir. Küçə reklamları əhalinin gəliş-gedişli yerlərində, həmçinin mebel satışı sahəsində tanınmış küçələrdə olması daha doğru olar. Kücə reklamları dedikdə biz aşağıdakı informasiya ötürücülərindən istifadə edirik: - Billbord; Transparantlar; Körpülərdə reklam; Mağaza önündə reklam (ligtbox) Mağaza şüşələrinə vurulan karkas və s. Billbord Billbord dedikdə biz 3x6 ölçülü xüsusi karkasda yol kənarında vurulan reklam lövhələri nəzərdə tuturuq (bəzi ölkələrdə Billbordun 3x6 ölçüsü fərqli ola bilər). Biz Billbordları 3 təyinat üçün istifadə edirik: konkret informasiyanın verilməsi, tanıtma (imic reklamı) və yönləndirici informasiyalar. İmic reklamları Bu tip reklamlardan biz konkret şəhər girişlərində brendi xatırladan reklam kimi istifadə edə bilərik. İmic xarakterli reklamların Billbordları həmçinin iri magistral yollarda və ya avtomobillərin çox hərəkət etdiyi yollarda vurulur. Yönləndirici reklamlar Belə reklamlarda informasiya son dərəcə yığcam və dəqiq formada müştərinin mağazaya yönləndirmək üçün formalaşdırılmalıdır. Bu tip reklamlar satış nöqtələrimizə yaxın yerlərdə yerləşdirilməlidir. İnformativ reklamlar Kampaniya haqqında informasiyanın istehlakçıya çatdırılması məqsədi ilə. 07
05 Kücə reklamları (OUTDOOR) Transparantlar Şəhər daxilində olan yollarda transparantlardan istifadə etmək olar. Transparantlarda mebel dizaynı göstərmək və ümumilikdə ətraflı məlumat vermək mümkün olmadığı üçün bu reklam vasitəsindən mağaza açılışlarında istifadə etsək daha düzgün olar. Məsələn filan tarixdə mağazanın açılışı olacaq deyə informasiyaları transparantlarda vermək məqsədə uyğundur. Körpülərdə reklam Bu tip reklamlarda xüsusi informasiyaların verilməsində (lakonik cümlələr) və özəl dizayn həlli təqdim edərkən istifadə edə bilərsiniz. Körpü reklamlarından loqonun istifadə qaydalarına ciddi fikir vermək lazımdır. Mağaza önündə reklam (Lightbox) Bəzi mağazalarımızda tabellanın görünməsi son dərəcə çətin olur. Bu səbəbdən biz mağaza önündə ikitərəfli və gecə işıqlanacaq lightboxlardan istifadə edirik. Burada ən doğru reklam məlumatı konkret çeşidin göstərilməsidir. Mağaza gözəçarpmayan yerdə yerləşdiyi zaman bu lövhələr mütləq qaydada tətbiq olunmalıdır. Mağaza şüşələrinə vurulan informasiyalar Bu tip informasiyalar konkret zaman çərçivəsində aparılan kampaniya barədə məlumat, xüsusi xidmətlərimiz, kredit şərtləri kimi informasiyalar ola bilər. Çalışmaq lazımdır ki, şüşədə olan informasiya lakonik və hərəkətə çağıran olsun. Bütün çöl reklam nümunələri aşağıdakı linkdə öz əksini tapmışdır: ftp://ftpserver.embawood.com/marketing/embawood/outdoor 08
06 Çap məhsulları (PRINTS) Mebel sənayesində çap məhsullarının əhəmiyyəti çox vacibdir. Çap məshulları dediyimiz zaman biz aşağıdakı reklam məcralarını başa düşürük: - Kataloqlar - Məhsul kateqoriyalarını əks etdirən mini-broşüralar. Məsələn yataq otaqları, mətbəx mebeli, uşaq mebeli və s. - Lifletlər. Konkret bir konseptin və ya yeni çıxan lakin hələ kataloqda yer almayan bir məhsulu istehlakçıya təqdim etmək üçün istifadə edilir. - Kampaniya xarakterli çap məhsulları - Zəmanət kartı. - Data Sheets (Satış personalı üçün hər bir modeli təsvir edən məlumat vərəqəsi ) Kataloqlar Kataloqlar bizim əsas reklam vasitələrimizdən biridir. Kataloqla biz öz məhsullarımızı müştərilərə daha aydın göstərə bilirik. Eyni zamanda bəzən kataloq mağaza funksiyasını daşıyır və müştəri bizim modelləri kataloqda bəyənərək alış prosesinə tam hazır vəziyyətə gəlir. Bu baxımdan kataloq Marketinq büdcəsinin böyük hissəsini əhatə edir. Ümumilikdə kataloqların aşağıdakı formaları mövcuddur: -İmic kataloqları (böyük ölçülü); -İşlək kataloqlar (kiçik ölçülü); -Konkret ölkələrə görə kataloqlar. İmic kataloqları Kataloqlarımızın böyük ölçülü forması satış nöqtərində istifadə edilməsi üçün nəzərdə tutulmuşdur və bu tip kataloqlar son istehlakçıya verilmir. İşlək kataloqlar Kiçik ölçülü kataloqlar istehlakçıya paylanması üçün idealdır. Burada biz həm bütün məhsullarımızı göstərə bilərik, həm də müştəriyə vermək istədiyimiz informasiyanı çatdırmış olarıq. Konkret ölkəyə görə kataloqlar Bütün kataloqlarımız konkret bazarlara görə müxtəlif dillərdə ola bilər. Məsələn rus, ingilis və ya azərbaycan dilində. Eyni zamanda bazarlara görə kataloqlarda müxtəlif məhsullar ola bilər. Məsələn əgər biz konkret bazarda mətbəx mebeli ilə çıxış etmiriksə biz həmin ölkə kataloqunda mətbəxlərdən istifadə etməyə bilərik. 09
06 Çap məhsulları (PRINTS) Mini-broşurlar Bu broşurlardan biz konkret məhsul kateqoriyasını istehlakçıya çatdırmaq üçün istifadə edirik. İstehlakçı mağazaya gəlib bir kateqoriya haqqında fikir söyləmək istəyirsə bu zaman biz ona bu tip broşurlar təqdim edə bilərik. Məsələn: yataq mebeli, qonaq mebeli, mətbəx mebeli və s. Lifletlər Lifletlərlə biz konkret olaraq konseptlərimizi göstəririk. Həmçinin bu lifletlərdə yeni çıxan lakin kataloqda olmayan mebellərimizi göstərə bilirik. Kampaniya xarakterli çap məhsulları Kampaniya haqqında məlumatla 3 formatda olan çap məhsulları ilə istehlakçını məlumatlandırırıq. Zəmanət kartları Biz istənilən satış prosesində müştərilərimizə zəmanət kartı verməliyik. Zəmanət kartları standart dizaynda olur və bu dizaynın qorunması mütləqdir. Data sheets Data şitlər satıcılara bir növ yaddaş kitabçası olaraq hazırlanır və məhsul haqqında onun fayda və üstünlükləri haqqında tam fikir formalaşdırır. Bütün çap məhsulları nümunələri aşağıdakı linkdə öz əksini tapmışdır: ftp://ftpserver.embawood.com/marketing/embawood/prints 10
07 TV reklam (TV COMMERCIALS) TV reklam ümumi olaraq imic ve satışın stimullaşdırılmasına istiqamətlənmiş reklam çarxlarına bölünür. Lakin buna baxmayaraq imic reklamının özü də uzunmüddətli dövrdə satışa təsir etməlidir. Bu baxımdan biz bütün TV kampaniyaları layihələşdirməliyik. İmic TV reklamı İmic kampaniyaları dedikdə biz bir-başa satış prosesinin reallaşmasına təsir etməyən kampaniyalardan söhbət açırıq. Lakin bununla belə istənilən Marketinq kampaniyası mütləq qaydada satışa təsir etməlidir. Burada söhbət yalnız uzunmüddətli və qısamüddətli təsirdən gedə bilər. Satışın stimullaşdırılması üçün TV çarxlar Bu kateqoriyaya biz qısa həcmli TV çarxları daxil edə bilərik. Bunun əsas məqsədi konkret zaman intervalında brendin satışını müştəriyə əlavə bir dəyərlər təklif edərək stimullaşdırmaqdır. Bu tip çarxlar ya konkret brendin standart kampaniya çarxı olmalı, ya da xüsusi hallarda yerli marketoloq tərəfindən brend menecer və reklam qrupunun iştirakı ilə çəkilmiş reklam çarxı ola bilər. Radio reklamı Biz yay dövrlərində radio reklamdan istifadə edə bilərik. Lakin burada bir məqam vacibdir ki, mebel satışı üçün radio reklamın təsiri heç də həmişə effektiv olmur. 11
08 Sərgilər (EXHIBITIONS) Sərgilər bizim yeni bazarlara girmək, brendin mövcud bazarlarda möhkəmlənməsi və yeni kolleksiyaların satış kanalı iştirakçılarına və son müştərilərə göstərmək üçün son dərəcə vacib reklam alətidir. Şirkətin iştirak etdiyi sərgilər ümumi olaraq 3 hissəyə ayrılır: - Beynəlxalq sərgilər; - Lokal sərgilər; - Açıq havada keçirilən promo-xarakterli sərgilər. Beynəlxalq sərgilər Beynəlxalq sərgilər şirkətin əsas marketinq aktivliklərindən hesab edilir. Bu sərgilərdə biz, xüsusi hazırlanmış stendlərlə çıxış edirik. Çalışmaq lazımdlr ki, mağaza stendi mütləq mağaza standartları ilə eyni olsun. Lokal sərgilər Lokal sərgilər şirkətimizin konkret ölkələrdə işləməsi üçün istifadə edilir. Bu sərgilərdə şirkət mütləq əlavə müttəfiqlə iştirak etməlidir (məsələn distribyutor və diler). Bu tip sərgilərdə əsas məqsəd konkret ölkə çərçivəsində bir regionda diler və (və ya) distribyutorlar tapmaqdır. Açıq hava sərgiləri Açıq hava sərgiləri yay fəslində son dərəcə effektiv ola bilər. Eyni zamanda bu tip sərgilərə metro stansiyalarında və iri ticarət mərkəzlərində EMBAWOOD çeşidlərini əks etdirən stendlərin qurulması mümkündür. Bu bizim üçün TV kontaktların effektsiz olduğu və son dərəcə bahalı olduğu bazarlarda vacibdir. 12
09 Brend daşıyıcıları Bu məcrada (bölmədə)biz Sizlərə brendimizi daim daşıyan vasitələr barədə söhbət açacağıq. Bunlar ümumi olaraq aşağıdakılardır: - SSX işçiləri; - Avtomobillər; - Ofis işçiləri; SSX(Satış sonrası xidmət) Satış sonrası xidmət işçiləri bizim brendin simasını istehlakçıya tanıdan əsas vasitəçilərdəndir. Bu işçilərin geyimlərinin standart olması bizim üçün çox vacibdir. Bu işçilərin geyim standartları Regional Satışın inkişafı xidməti tərəfindən təhcizat edilir. Avtomobillər Avtomobillərin brendləşdirilməsi bizim üçün çox vacibdir. Bu avtomobillər bir başa olaraq bizim canlı küçə reklamı funksiyasını daşıya bilər. Avtomobillərin reklam vasitələri maksimum səviyyədə standart olmalıdır. Adətən bu tip reklamlarda ən çox satılan modelimizin şəkli ola bilər. Satiş menecerləri (həmçinin digər ofis və s. işçilər) Ofis işçiləri(digər işçilər) bizim brendi təmsil edirlər. Bu baxımdan onların bizneskartlarının düzgün formada olması çox vacibdir. Həmçinin çalışmaq lazımdır ki, hər bir ofis işçisində mütləq formada bizim əsas kataloqlarımızdan olsun. 13
10 Digər reklamlar Burada biz yuxarıda göstərilən məcralara düşməyən məsələlər barədə söhbət açacağıq. Bu məcrada biz aşağıdakı reklam elementlərini birləşdiririk. - Sponsorluq; KİV ilə münasibətlər; Promo materiallar; İnternet; Sponsorluq EMBAWOOD brendinin konkret identifikasiyasına uyğun olan bütün tip sponsorluq fəaliyyəti bizim brendi gücləndirə bilər. Sponsorluq edilən zaman mütləq qaydada brendin identifikatorlarını düzgün təhlil etmək vacibdir. Sponsorluq deyildiyi zaman söhbət bizim brendə uyğun aşağıdakı məcralardan gedə bilər: -TV verilişlər; -Yerli adət-ənənələrlə assosiasiya edilən tədbirlər; -Dizayn, interyer və ya təmir işləri ilə əlaqədar olan xüsusi sponsorluq verilişləri. TV sponsorluq brendin ilkin mərhələdə bazarda tanınması və əsas olaraq brendin identifikatorları ilə assosiasiyanın güclənməsi üçündür. Bizim brend aşağıdakı kimi TV verilişlərdə iştirak edə bilər: Ailə ilə əlaqəli verilişlər. Bizim brendin əsas identifikatorlarından biri ailəcanlılıqdır. Bu baxımdan ailə, sevgi haqqında olan TV verilişlərdə biz sponsor kimi çıxış edə bilərik. Burada əsas məqsəd bizim brendlə, ailə sevgisi arasında emosional bağlantı qurmaqdır. Dizayn, moda ilə əlaqəli verilişlər. EMBAWOOD bu tip TV verilişlərin hər birində sponsor kimi çıxış edə bilər. Təbii ki, sponsorluq zamanı mütləq qaydada biz maliyyə nəticələrini nəzərə almalıyıq. Ev təmiri və ya evin gözəl görünməsi üçün verilişlər. Bu verilişlərə mebel alışına potensial olaraq yaxın ailələrin baxdığını nəzərə alaraq sponsorluğun effektiv olacağını düşünürük. Sadalanan verilişlərdən başqa bütün digər fəaliyyət bizim sponsorluq siyasətimizə uyğun deyildir və fərdi olaraq razılaşdırılmalıdır. Brend identifikatorlar haqqında dəqiq məlumat aşağıdakı linkdə öz əksini tapmışdır: ftp://ftpserver.embawood.com/marketing/embawood/brandbook 14
10 Digər reklamlar KİV ilə münasibətlər Kütləvi informasiya vasitələri ilə görüşlər bizim üçün son dərəcə vacib amillərdəndir. Biz jurnalistlərlə sıx münasibətlərdə olmalıyıq ki, onlar bizim yeniliklər barədə ətraflı məlumat versinlər. İdealda jurnalistlərin bizimlə görüşməsi mütləq qaydada ildə ən azı 1 dəfə olmalıdır. Yeni məhsul kolleksiyası (yeni kataloq), hansısa bir xüsusi texnoloji yenilik və s. tədbirləri jurnalistlərlə bölüşmək bizim brendin dəyərini artıra bilər. KİV-lə münasibətlərin ən yaxın birinci forması yeniliklər barədə press-relizlərin hazırlanmasıdır. Bu pressrelizlərdə biz şirkətə aid yeniliklər barədə konkret müştərilərə lazımlı informasiyamızı qeyri-şərtsiz çatdıra bilərik. Ümumi olaraq KİV-lə münasibətlər aşağıdakı formada aparılır: Press-reliz Press-relizlər şirkətdə baş verən prosesləri çatdırmaq üçün çox önəmlidir. Press-relizlər hazırlanan zaman kütləvi informasiya vasitəsinin fəaliyyət sahəsi nəzərə alınmalı və məlumat ona görə redaktə edilməlidir. Məsələn, eyni xəbəri biz müxtəlif informasiya vasitələrinə, müxtəlif formada təqdim edə bilərik. Mətbuat konfransı Mətbuat konfranslarının keçirilməsində əsas məqsəd şirkətimizin etdiyi yenilikləri müştəriyə düzgün formada, jurnalistləri neytral tərəf olaraq cəlb etməklə çatdırmaqdır. Nəzərə almaq lazımdır ki, şirkətimiz heç bir şəkildə mətbuat konfransında iştirak üçün jurnalistlərə pul ödəməli deyil. Biz jurnalistlərin həvəsləndirilməsi və bizimlə daha da həvəslə işləməsi üçün gözəl və müştərilər üçün maraqlı olacaq motivlər yaratmalıyıq. Hədiyyə olaraq jurnalistlərə promo materiallar və mağazalarımızdan endirim kuponları vermək olar. Jurnalistlərlə görüşlər Bu tip görüşlər adətən müştərilərə veriləcək mesajın ən düzgün çatdırılacağı yerlərdə olur. Bizim üçün bu tip yerlər: fabriklərimiz, ofislər və s. ola bilər. 15
10 Digər reklamlar Promouşn materialları Şirkətimizdə promo materiallar dediyimiz zaman üzərində EMBAWOOD loqosu olan qeyri-satış təyinatlı materiallar başa düşülür. Ümumi olaraq biz promo materialları 3 kateqoriyaya ayırırıq: - Bahalı promouşn materialları; VIP - Orta qiymətli promouşn materialları: CIP - Kütləvi promouşn materialları Şirkətimizdə promouşnların sifariş miqdarı konkret sifariş veriləcək materialların təyinatına görə təyin edilir. Sifarişi miqdar hesabına daha münasib qiymətə icra etmək üçün bu proses tam mərkəzləşdirilmiş qaydada, baş ofis tərəfindən həyata keçirilir. İnternet səhifə Şirkətimizin rəsmi internet səhifəsi WWW.EMBAWOOD.COM ünvanında yerləşir. Bu ünvanda şirkətimiz və brendlərimiz haqqında düzgün və dolğun məlumat verilir. Ümumi olaraq bu sayt iki hissədən ibarətdir: qlobal sayt və lokal sayt. Qlobal saytda biz ümumi brendin dəyərləri və vahid mövqelənmə strategiyaları haqqında söhbət açırıqsa, lokal saytlarda konkret coğrafi əhatədə baş verən informasiyalar haqqında məlumat veririk. Lokal saytlar konkret vizual standartın pozulmaması şərti ilə yerli mütəxəsislər tərəfindən hazırlanır və ticari xarakter daşıyır. 16
11 1 2 KONTAKT ADI QEYDLƏR QRUP LOKAL QRUP LOKAL Foto çəkiliş və kataloqların tam hazırlanması Tərcümə və lazımi informasiyaların kataloqlar üçün yığılması Tam qrup büdcəsində Heç bir ödəniş yoxdur Kataloqlar ildə bir dəfə olmaq şərti ilə hazırlanır. Yerlərə görə paylanma qrupdan aparılır. Konkret tarix çərçivəsində kampaniya xarakterli lifletlər Bu tip lifletlər üçün lazım olan bütün foto şəkillər Qrup tərəfində yerlərə təqdim edilir. Lifletin məzmunu və sayı lokal səviyyədə həll edilir. Ödənişdə Qrup iştirak etmir. Bütün xərclər yerli nümayəndəlik tərəfindən aparılır Bu tip lifletlər çapa getməzdən əvvəl Qrup brend menecer tərəfindən təsdiq edilir. Data sheets Qrup tərəfindən 2 dildə hazırlanır (Azərbaycan və rus). Digər dillərdə istifadə üçün lokal səviyyədə tərcümələr edilir. Qrup mağaza sayına görə data sheet xərclərini öz öhdəsinə götürür. Data sheet mağazalara paylanmasını lokal səviyyədə həyata. keçirilir Data sheet miqdarı lokal səviyyədə müəyyənləşdirilir. TV reklam (imic) Bütün imic reklamları (kampaniyadan başqa bütün reklamlar aiddir) qrup tərəfindən çəkilir. Yerlər çəkilmiş reklamın öz dillərinə tərcüməsini və pack shot-u düzəldirlər. Media alışlar qrup tərəfində aparılır. Sponsorluqlar Bütün sponsorluqlar Qrup tərəfindən kreativ və ideya olaraq həyata keçirilir. Yerlər sponsorluqla əlaqəli təkliflər verirlər. Ödənişlər Qrup büdcəsindən aparılır. Satışın stimullaşdırılması Bu tip roliklərin standartı Qrup səviyyəsində təyin edilir. Çəkiliş/adaptasiya lokal marketoloq tərəfindən həyata keçirilir. Bütün ödənişlər nüməyəndəlik və (və ya) françayzer (sub francayzerdə ola bilər) tərəfindən edilir. Reklam roliki Brend menecer tərəfindən təsdiqlənir. Çəkiliş prosesində Kommunikasiya qrupu yaxından iştirak edir. Mağaza üstü tablonun vurulması Bütün yeni açılmış mağazalarda çöl reklamının (konkret olaraq tablo) dizaynı qrup tərəfindən verilir. Montaj və montaja nəzarət lokal səviyyədə həyata keçirlir. Tablo ödənişi lokal səviyyədə həyata keçirilir. Əvvəlcədən müəyyən olunmuş istisna hallarda tabloların montaj qiyməti qrup tərəfindən ödənilə bilər. Mağaza daxili bütün elementlər. (BURAYA satıcı geyimləridə daxildir) Qrup səviyyəsində konsept dizayn həllər hazırlanır. Hazırlanmış konseptin istehsalı bir başa olaraq regional nümayəndəlik səviyyəsində aparılır. 4 5 6 8 BÜDCƏ HAZIRLAYAN Kataloq böyük və kiçik ölçülü, məhsul kateqoriya broşüraları və konsept lifletlər 3 7 Kontakt siyahılarının hazırlanma prinsipi Standartın hazırlanması Qrup tərəfindən ödənilir Monitorinq həm Qrup həm də lokal səviyyədə mütləq qaydada, qrup səviyyəsində ehtiyac yarandığı təqdirdə aparılır. Bütün çap və istehsal prosesi nümayəndəlik edir. 17
11 KONTAKT ADI BÜDCƏ HAZIRLAYAN QEYDLƏR QRUP LOKAL QRUP LOKAL KİV-lə görüşlər və s. Bu tip işlər bir-başa olaraq Qrupun təşəbbüsü ilə, həmçinin yerli nümayəndəlik tərəfindən edilə bilər. Regional nümayəndəlik lokal səviyyədə informasiyaları KİVlə bölüşə bilər. Qrup heç bir maliyyə məsuliyyəti daşımır. Bütün xərclər lokal səviyyədə edilir. Promouşn Qrup tərəfindən promouşn növləri təyin edilir Yerlər promouşn ehtiyacını konkret tarixlərdə Qrupa təqdim edirlər. Qrup yerlərə mərkəzləşmiş qaydada vahid sifariş verir. Yerlər promouşn materialların çatdırılmasına görə xərcləri öz öhdəsinə götürürlər. İnternet səhifə Internet səhifənin dizayn tərtibatı Qrup səviyyəsində hazırlanır. Lokal saytın doldurulması lokal səviyyədə edilir. Qlobal sayt və ümumi ana menyunun dizayn xərcləri Qrup tərəfindən edilir. Mövcud saytda müxtəlif dəyişikliklər lokal səviyyədə edilir. Ölkə səviyyəli və lokal sərgilər Ölkə səviyyəli sərgilər Qrup tərəfindən aparılır. Lokal səviyyəli sərgi nümayəndəlik səviyyəsində edilir. Ölkə sərgiləri səviyyəsində xərclər qrupdan, lokal sərgilər nümayəndəlikdən maliyyələşdirilir. Küçə reklamları Kücə reklamlarının standart dizayn həlləri Qrup səviyyəsində hazırlanır. Bu dizaynlar yerlərə göndərilir və bunun əsasında küçə reklamları vurulur. Yerlər küçə reklamlarının adaptasiyasını, daha konkret desək mağaza ünvanları, mətnin tərcüməsi, çöl reklamının ölçülərinə görə müxtəlif həcm xarakterli adaptasiyaları edir Kücə reklamlarına görə bütün ödənişlər nümayəndəlik səviyyəsində ödənilir. Burada bir məqama diqqət etmək vacibdir ki, nümayəndəlik xərclərinin bir hissəsini françayzer və (və ya) subfrançayzer ödəyə bilər. Məsələn konkret bir mağaza üçün billbordun bir hissəsi mağaza tərəfindən, bir hissəsi isə distribyutor tərəfindən ödənə bilər. SSX və satıcı geyimləri Bütün geyimlərin tərzi və üslubu birbaşa olaraq Qrup tərəfindən hazırlanır. Regional nümayəndəlik françayzer və subfrançayzer səviyyəsində bütün işçilərin geyimlə təmin edilməsinə nəzarət edir. Xərclər hər mövsüm üçün bir dəfə regional nümayəndəlik tərəfindən françayzer və subfrançayzerlərə ödənilir. Bu ödəniş bir françayzer üçün yalnız bir dəfə ola bilər. Bundan sonra bütün xərclər françayzer tərəfindən ödənilir. Avtomobillər üzərində reklamlar Dizayn Qrup tərəfindən hazırlanır 9 10 11 12 13 14 15 Kontakt siyahılarının hazırlanma prinsipi Adaptasiya Bütün xərclər lokal səviyyədədir 18
0 19 SSX geyimləri Satıcı geyimləri Küçə reklamı İnternet səhifə Promouşn KİV görüşlər Mağaza daxili Mağaza xarici Sponsorluq TV reklam Data sheet Kampaniya liflet Kataloq & broşur 12 Kontaktların vaciblik dərəcəsi 4 3 2 1
14 İcazə verilməyən reklam istifadələri Şəkil 1-də göründüyü kimi istifadə edilən rəng loqonun xarakterinə uyğun deyil. Eyni zamanda istifadə edilən loqo bizim brendimizi çox zəiflədir. Kücə reklamlarında çalışmaq lazımdır ki, simvol sayı son dərəcə az olsun. Küçə reklamında əsas yer mütləq loqoya verilməlidir. Görünən dizaynda birinci yer mebel sözünə verilmişdir. Yəni loqo tamamilə zəif nöqtədədir. Bu dizaynda başqa bir qüsur ondan ibarətdir ki, loqomuzun ətrafında yarpağa oxşayan bir dizayn var. Belə fonlar loqonu pozur. Çalışaq ki, loqomuzun fonu daim duzgün və düzbucaqlı formalı ağ (və ya 90% ağ) fonda olsun. Şək. 1 Şək. 2 Şəkil 2-də biz mağazanın yan tərəfindən vurulmuş çöl reklamını görürük. Kampaniya barədə informasiya hədsiz çoxdur. Belə küçə reklamlarının effekti son dərəcə aşağa olur. Şəkil 3 və 4-də çöl reklamlarının düzgün uyğulanması Sizlərə göstərilmişdir. Çalışmaq lazımdır ki, küçə reklamlarında simvol sayı maksimum az olsun. Şək. 3 Şək. 4 20
14 İcazə verilməyən reklam istifadələri Şəkil 5-də Siz bizim kampaniya üçün etdiyimiz liflet dizaynını görürsünüz. Belə dizaynların edilməsi təbii olaraq bizim əsas prinsiplərimizdən kənarlaşmaqdır. İstənilən satışın stimullaşdırılması kampaniyasında ilk mesaj bizim mebellərimizi alın olmalıdır. Yalnız bundan sonra biz əlavə dəyərlər təklif edə bilərik. Lifletdə isə əsas informasiya tam əksinə olan formadadır. Elə düşünmək olar ki, biz hədiyyəlik təklif edən mağazalar şəbəkəsiyik. Bu baxımdan bu tip lifletlərdə mütləq birinci yerə mebel, bundan sonra isə əlavə olaraq təklif edilən dəyərlər barədə informasiya qoyulmalıdır (məsələn hədiyyə, endirim, kupon və s. ). Şək. 5 Şək. 6 Şəkildə bir yerdə də olsun mebel kateqoriyası haqqında məlumat yoxdur. Yaxşı olardı ki, biz birinci səhifədə hər bir əsas kateqoriyalarımız haqqında məlumat, xırda bir simvolla əlavə hədiyyənin olması barədə informasiya yerləşdirərdik. Burada xırda məlumat dediyimiz zaman, heçdə az məlumatlı bir şey demək istəmirik. Sadəcə biz mebel təklif etdiyimiz üçün mütləq burada mebel şəkli olmalıdır. Əlavə dəyər (hədiyyə və.s) əsas dəyəri gücləndirməlidir. Məsələn şəkil 6-dakı kimi. 21
14 İcazə verilməyən reklam istifadələri Şəkil 7-də biz Sizə çap edilən mini-kataloq nümunəsini göstəririk. Burada gördüyünüz kimi ilk səhifədə loqo istifadə qaydaları pozulmuşdur. Şək. 7 Biz çalışmalıyıq ki, belə mini-kataloqların birinci səhifələrində mütləq nümunə olaraq konkret brendimizin hədəf seqmentinə uyğun bir auditoriyanın şəklindən istifadə edək. Məsələn bu tip kataloqlarda gülən (xoşbəxt) ailə şəkillərindən istifadə ideal variant ola bilər. Eyni zamanda birinci səhifədə sadəcə hərəkətə çağıran qısa bir cümlənin olması məqsədəuyğundur. Gəlin çalışaq ki, ünvan xarakterli ətraflı informasiyaları yalnız axırıncı səhifələrə doğru istifadə edilsin. Ünvanlar üçün yer axırıncı səhifədə olsa daha yaxşı olar. 22
15 Yekun nəticələr Sonda sizə, reklam ünsürlərinin istifadəsində tövsiyyə etdiyimiz bir neçə prinsiplər barədə məlumat verəcəm. İnanıram bu prinsiplər bizim işimizi dahada irəli aparacaq. Uğurlu kommunikasiya üçün mütləq 3 prinsipə riayət olunmalıdır. Daha konkret desək, reklam: Surprise təəcübləndirməli Təəcübləndirmək üçün biz konkret kateqoriyada olan reklamların kənarına çıxmalıyıq. Əslində çox zaman kateqoriyadan kənarlaşma çox riskli və bəzən son dərəcə innovasiyon görünə bilər. Lakin bir şeyi unutmaq lazım deyil: müştəriyə hansısa informasiyanı çatdırdığımız zaman onun bizi dinləməsi üçün biz diqqəti öz üzərimizə çəkməliyik. Bu baxımdan məhsul qablaşdırılmasından başlayaraq, TV reklama qədər olan yolda kateqoriyadan fərqlənmə bəzən bizi uğura apara bilər. Simplify Sadə olmalı Sadələşdirmək bizim bugünki şəraitdə ən problemli yerlərdəndir. Hərdən mən televizorda reklama baxıram, TV-i reklamı diqqətlə izləyirəm və sonda nəyin reklam edildiyini bilmirəm. Təsəvvür edirsiz?! Öz aramızdı əgər reklama baxdıqdan sonra könlündən o məhsulu (və ya xidməti) almaq keçmirsə, o nə reklamdır?! Oqilvinin sözü olmasın: reklam nə qədər sadə olsa müştəri bizim məhsulu bir o qədər çox alar. Burada haqlı olaraq biz deyə bilərik ki, hər bir reklamın (oxu brendin) konkret müştəri kütləsi var və bu kütləyə aid olmayan adam reklamı başa düşməyə bilər və s. Ola bilər ki, həqiqətəndə bu belədir. Sadəcə reklamın sadəliyi reklamın effektivliyinə düz mütənasib olduğuna inanıram. Synergise Birliklə informasiyanı gücləndirməli Sinerqiya komunikasiya stilində son dərəcə vacibdir və açığını deyim mənim təcrübəmdə ən çox çətinlik çəkdiyim bir şeydir. Kommunikasiya elementlərinin hazırlanması vahid ideyanın, konseptin hazırlanmasından başlanmalıdır. Bu mövzu üzərində daha ətraflı dayanmağı növbəti yazılara saxlayıb kommunikasiya vasitələrində brendin istifadə qaydalarını göstərən qrafiki Sizlərin nəzərinə çatdıraraq yaddaşınızı təzələmək istəyirəm. Outdoor TV adv Print adv Big bren + U.S.P. See do it that they remeber the brand Tell a story appettite appeal U.S.P. brand Wet the appettite! Visual communication but small brand Package Short ineteresting text Must be best in category Touch to action Call to action Wet the appettite! Communicate İnform 23 Action Shelf talker U.S.P.! Surprise! Purchase POP material
Əziz dostlar! Bu informasiyaları istifadə edərək Siz brendimizin güclənməyi üçün çox saylı uğurlu kampaniyalar edə bilərsiniz. Biz düşünürük ki, bu yazılanlarla Siz daha güclü marketinq kommunikasiyaları guracaqsınız. Bu yolda biz Sizə uğurlar arzu edərək istənilən istək və təkliflərinizi marketing@embawood.com elektron ünvanına yaza bilərsiniz. Sizlərə son dərəcə maraqlı olan peşənizdə uğurlar arzu edirik! 24