İstifadəçi təlimatları W302
Sony Ericsson W302 satın aldığınıza görə təbrik edirik. Əlavə telefon tərkibi üçün bu ünvana baxın www.sonyericsson.com/fun. Pulsuz onlayn yaddaş və xüsusi təkliflər əldə etmək üçün bu ünvanda qeydiyyatdan keçin www.sonyericsson.com/myphone. Məhsul dəstəyi üçün bu ünvana baxın www.sonyericsson.com/support. Təlimat simvolları Aşağıdakılar İstifadəçi təlimatlarında görünür: > Sürüşdürmək və seçmək üçün seçim düyməsindən istifadə edin Seçim düyməsinin mərkəzini basın Naviqasiya düyməsini yuxarı basın Naviqasiya düyməsini aşağı basın Naviqasiya düyməsini sola basın Naviqasiya düyməsini sağa basın Qeyd Məsləhət Xəbərdarlıq Xidmət və ya funksiyanın şəbəkə və ya abunəlikdən asılı olduğunu bildirir. Telefonunuzdakı bütün menyular və ya funksiyalar mövcud olmaya bilər. Ətraflı məlumat üçün şəbəkə operatorunuzla məsləhətləşin. 2
SIM kart Şəbəkə operatorunuzdan aldığınız SİM (Abunə Eyniliyi Modulu) kartda abunəliyiniz barədə məlumat var. SİM kartı daxil etməzdən və ya çıxarmazdan əvvəl həmişə telefonunuzu söndürün və adapteri və batareyanı çıxarın. SİM kartı telefondan çıxarmazdan əvvəl kontaktlarınızı burada saxlaya bilərsiniz. Kontaktları həmçinin telefon yaddaşında saxlamaq olar. Kontaktlar-a səhifə 27-də baxın. PİN kod (SİM kartın kilidi) PİN (Şəxsi Eyniləşdirmə Nömrəsi) SİM kartın kilididir, bu, icazəsiz istifadəyə qarşı abunəliyinizi qoruyur, ama telefonun özünü qorumur. SİM kart kilidlənərsə, telefonunuzu yandırdıqda PİN kodu daxil etməlisiniz. PIN kodu dəyişdirmək üçün SİM kartın kilidi-ə səhifə 36-də baxın. 112 və ya 911 kimi təcili nömrələrlə başlamadıqda, hər bir PİN kod rəqəmi * kimi görünür. PİN kodu daxil etmədən təcili nömrəyə zəng edə bilərsiniz. PİN kodu üç dəfə ard-arda səhv daxil etdikdə PİN bloklanıb görünür. Bunun yolunu açmaq üçün PUK (Fərdi Yol Açma Kodu) kodu daxil etməlisiniz. 3
Batareyanın doldurulması Satın aldığınızda telefonunuzun batareyası qismən dolu olur. Batareyanın tam dolması təxminən 2,5 saat çəkir. Batareyanın doldurulması 1 Adapterin başlığını telefona taxın, elektrik təchizatı simvolunun üzü yuxarı olmalıdır. Ekranı işıqlandırmaq və doldurma statusunu ekranda görmək üçün düymələrdən birini basın. 2 Adapteri çıxarmaq üçün başlığı yuxarı əyin. Telefon 30 dəqiqə doldrulmasa, batareya işarəsi ekranda görünməyə bilər. Dolarkən telefondan istifadə edə bilərsiniz. Batareyanı 2,5 saatdan az və ya çox doldura bilərsiniz. Doldurmanı dayandırmaq batareyaya zərər vurmur. 4
Memory Stick Micro Telefonunuz Memory Stick Micro (M2 )-i dəstəkləyir. Yaddaş kartı musiqi, zəng melodiyaları, video kliplər, şəkillər və s. üçün telefonunuza əlavə yaddaş təmin edir. Saxlanan məlumatlarınızı başqa yaddaş kartına uyğun cihazlara köçürərək və ya kopyalayaraq bölüşə bilərsiniz. Memory Stick Micro (M2 ) taxmaq üçün Yaddaş kartının qapağını açın və göstərildiyi kimi qızılı kontakt yerləri üzü aşağı şəkildə daxil edin. Memory Stick Micro (M2 ) çıxarmaq üçün Çıxarmaq üçün kənarına basın. 5
Telefonun yandırılması Telefonun yandırılması 1 Bu düyməni basıb saxlayın. 2 Tələb edilərsə SİM kartınızın PİN kodunu daxil edin. 3 Qurma köməkçisindən istifadə etmək üçün Bəli seçin. PİN kodunuzu daxil edərkən səhvə yol versəniz, rəqəmləri ekrandan silmək üçün basa bilərsiniz. Gözləmə rejimi Telefonu yandırdıqdan və PİN kodu daxil etdikdən sonra, operatorunuzun adı ekranda görünəcək. Bu, gözləmə rejimidir. İndi zəng edə və qəbul edə bilərsiniz. Telefonun söndürülməsi Bu düyməni basıb saxlayın. Əgər daşınarkən telefonunuz özü-özünə sönsə, avtomatik düymə kilidini yandırın. Beləcə, cibinizdəki əşyaların təsadüfən yandırma/söndürmə düyməsini aktivləşdirməsinin qarşısı alınır. 6
Şəbəkənin əhatə dairəsi Batareya statusu Şəbəkənin əhatə dairəsi Şəbəkə sütunu sizin ərazinizdəki GSM şəbəkəsinin gücünü göstərir. Zəng etməkdə problem olsa və ya şəbəkənin əhatəsi zəif olsa başqa yerə keçin. Şəbəkə yoxdur o deməkdir ki, şəbəkənin əhatə dairəsində deyilsiniz. = Şəbəkənin əhatə dairəsi yaxşıdır = Şəbəkənin əhatə dairəsi orta səviyyədədir Batareya statusu = Batareya tam doludur = Batareya boşdur 7
Ekran nişanları Bu nişanlar ekranda görünə bilər. Nişan Təsvir Buraxılan zəng Səs ucaldan qoşulub Telefon səssiz rejiminə qurulub Mətn mesajı qəbul edildi Şəkil mesajı qəbul edildi E-poçt mesajı qəbul edildi Qabaqcadan bilinən simvol yazma aktivləşdirildi Səs mesajı qəbul edildi Davam edən zəng FM radio səslənir Siqnal aktivləşdirilib Bluetooth funksiyası aktivləşdirilib 8
Telefonun ümumi gözdən keçirilməsi 1 Qulaq dinamiki 2 Walkman düyməsi 3 Ekran 4 Seçim düymələri 5 Zəng düyməsi 6 Qısa yollar menyusu düyməsi Adapter, səs ucaldan 7 və USB kabel üçün konnektor Naviqasiya düyməsi/ 8 Walkman pleyerinin idarəetmələri Səs səviyyəsi düymələri/ 9 Kameranın böyüt/ kiçilt düymələri 10 Yandırma/Söndürmə düyməsi C düyməsi (Silmə 11 düyməsi) 12 Kamera düyməsi/ Video yazıcı düyməsi 13 Səssiz düyməsi 1 2 9 3 4 5 6 7 10 11 12 8 13 9
Düymə Əsas menyuya gedin və ya fərqləndirilmiş elementləri seçin Menyular və nişanlar arasında hərəkət edin Bu düymələrin üstündə ekranda göstərilən seçimləri seçin Şəkillər, səslər və kontaktlar kimi elementləri silin. Walkman pleyeri açın. Walkman pleyer və gözləmə rejimi arasında hərəkət etmək üçün basın Dayandır, pauza ver və çal (musiqi düyməsi). Səssiz etmək və ya səsi aktivləşdirmək üçün basın. Əvvəlcədən qurulan kanalları axtarmaq üçün yuxarı və ya aşağı basın. Walkman pleyerdən istifadə edərkən əvvəlki musiqi faylına keçin. Radio kanallarını axtarın Walkman pleyerdən istifadə edərkən növbəti musiqi faylına keçin. Radio kanallarını axtarın Qısa yollarım cəld daxil olmaq üçün sevimli funksiyalarınızı əlavə edin Kamera və video yazıcı Telefonu yandırın/söndürün 10
Naviqasiya Əsas menyular simvol-nişanlarla göstərilib. Bəzi alt menyularda isə etiket-nişanlar var. Menyuların naviqasiyası 1 Gözləmə rejimindən Menyu seçin. 2 Menyular arasında hərəkət etmək üçün naviqasiya düyməsindən istifadə edin. Nişanlar arasında hərəkət etmək üçün Naviqasiya düyməsini sola və ya sağa basın. Menyularda bir addım geri getmək üçün Geri. seçin. Gözləmə rejiminə qayıtmaq üçün basın. Klaviaturanı kilidləmək üçün basıb saxlayın. Klaviaturanın kilidini açmaq üçün basın və Kilidi aç seçin. Telefonu səssiz rejiminə qurmaq üçün Bu düyməni basıb saxlayın. Səs poçtu xidmətinizə zəng etmək üçün Bu düyməni basıb saxlayın. Funksiyanı bitirmək üçün basın. 11
Menyunun gözdən keçirilməsi PlayNow * İnternet* Əyləncə Kamera Mesajlaşma Ana səhifə, Ünvan daxil et, Əlfəcinlər, Tarixçə, Saxlanan səh., İnternet param. Oyunlar, TrackID, Video pleyer, Səsi yaz Yenisini yaz, Gələnlər qutusu, E-poçt, Qaralamalar, Gedənlr qutusu, Göndərilən msj, Səs poçt. zng et, Şablonlar, Parametrlər WALKMAN Fayl meneceri** Kontaktlar Radio Zənglər** Bütün fayllar, Yaddaş kartına, Telefonda Yeni kontakt Hamısı Yığılan Buraxılmış Cavab verilmiş Gündəlik Siqnal, Proqramlar, Təqvim, Tapşırıqlar, Sinxronizasiya*, Taymer, Saniyəölçən, Kalkulyator 12
Parametrlər** Ümumi Profillər Vaxt və tarix Telefonun dili Qısa yollar Uçuş rejimi Təhlükəsizlik Telefon statusu Hamısını yen. qur Səslər və siqnallr Zəng səviyyəsi Zəng melodiyası Səssiz rejimi Titrəmə siqnalı Mesaj siqnalı Düymə səsi Ekran Divar kağızı Mövzular Başlanğıc ekranı Ekran qoruyucu Parlaqlıq Zənglər Sürətli yığım Zəng. yönləndir Zəngləri idarə et Vaxt və qiymət* Nö-mi göstər/gizlt Səs ucaldan Bağlılıq Bluetooth USB Sinxronizasiya* Mobil şəbəkələri İnternet param. * Bəzi menyular operator, şəbəkə və abunədən asılıdır. ** Alt menyulardakı nişanların arasında hərəkət etmək üçün naviqasiya düyməsindən istifadə edə bilərsiniz. Ətraflı məlumat üçün Naviqasiya-ə səhifə 11-də baxın. 13
Walkman Walkman pleyer musiqi və video pleyerdir. Dəstəklənən fayl növləri bunlardır: MP3, MP4, 3GP, AAC, AMR, MIDI, IMY, EMY və WAV (16 khz maksimum sürət). Həmçinin 3GPP-ə uyğun axın fayllarından istifadə etmək olar. Musiqinin ötürülməsi Musiqiləri kompüterinizdən telefon yaddaşına və ya Memory Stick Micro (M2 )-ə ötürmək olar. Telefonunu kompüterə qoşmanın iki yolu var: telefonunuzla gələn USB kabel ilə Bluetoot simsiz texnologiyası ilə Yaddaş kartı və ya telefon ilə kompüter arasında faylları sürüşdürüb buraxmaq üçün Microsoft Windows Explorer-dən istifadə edin. Telefonunuzu USB kabel ilə kompüterə qoşmaq üçün 1 Telefonun yandırıldığına əmin olun. 2 USB kabeli telefonunuza və kompüterə qoşun. 3 Telefon: Kütləvi saxlama seçin. 4 Kompüter: Drayverlərin qurulmasını gözləyin (avtomatik yüklənir). İlk dəfə telefonu kompüterə qoşduqda telefonu təyin etməli və adlandırmalı ola bilərsiniz. 14
Telefon yaddaşı Yaddaş kartı Faylları Kütləvi yaddaş rejimində ötürmək üçün 1 USB kabeli telefona və kompüterə qoşun. 2 Telefon: Gözləmə rejimindən bunu seçin Menyu > Parametrlər > Bağlılıq nişanı > USB > Kütləvi saxlama. 3 Kompüter: Telefon yaddaşı və yaddaş kartı Microsoft Windows Explorer də xarici disk kimi görünənə qədər gözləyin. 4 Kompüter: Kompüterin masaüstündə Kompüterim nişanını iki dəfə vurun. 5 Kompüter: Telefon yaddaşı və yaddaş kartı qovluqlarını gözdən keçirmək üçün Çıxarılan yaddaşı olan cihazlar nişanını iki dəfə vurun. 6 Faylı kompüter, telefon yaddaşı və ya yaddaş kartında istədiyiniz yerə kopyalayıb yapışdırın və ya sürüşdürüb buraxın. 15
Ötürmə zamanı USB kabeli telefondan və ya kompüterdən çıxarmayın, bu, yadaş kartını və telefon yaddaşını korlaya bilər. USB kabeli telefondan çıxarana qədər ötürülən faylları telefonunuzda görə bilməzsiniz. USB kabelin faylın ötürülməsi rejimində təhlükəsiz şəkildə çıxarılması üçün Windows Explorer dəki çıxarıla bilən disk nişanının üzərinə sağ düymə ilə basın və Çıxar seçin. Faylların Walkman telefonunuza ötürülməsinə dair ətraflı məlumat www.sonyericsson.com/support ünvanında mövcuddur. Çalğı siyahıları Fayl menecerində saxlanan mediya fayllarının təşkil edilməsi, çalğı siyahıları yarada bilərsiniz. Çalğı siyahısının yaradılması 1 Gözləmə rejimindən Menyu > WALKMAN > Seçiml. > Musiqim > Mus. siyahılrm > Yeni mus.siy. seçin. 2 Ad daxil edin və OK seçin. 3 Musiqi faylının üzərinə gedin və OK seçin. 16
Faylların çalğı siyahısına əlavə edilməsi 1 Gözləmə rejimindən Menyu > WALKMAN > Seçiml. > Musiqim > Mus. siyahılrm seçin. 2 Çalğı siyahısının üzərinə gedin və Aç > Seçiml. > Mediya əlavə et seçin. 3 Musiqi faylının üzərinə gedin və OK seçin. Faylların çalğı siyahısından silinməsi 1 Gözləmə rejimindən Menyu > WALKMAN > Seçiml. > Musiqim > Mus. siyahılrm seçin. 2 Musiqi siyahısının üzərinə gedin və Aç seçin. 3 Faylı seçin və Seçiml. > Sil > Bəli basın. Walkman pleyeri idarə etmək üçün bir neçə yol var: Fonoqram zamanı Walkman pleyeri açmaq və ya kiçiltmək üçün basın. Növbəti musiqi faylına keçmək üçün basın. Əvvəlki musiqi faylına keçmək üçün basın. Musiqi fayllarını çalarkən sürətlə irəli yığmaq və ya geri yığmaq üçün və ya basıb saxlayın. Fonoqram zamanı hazırkı musiqi siyahısındakı faylları gözdən keçirmək və ya sürüşdürmək üçün və ya basın. Siyahıda fərqli rənglə rənglənən faylı seçmək üçün basın. Fonoqram zamanı əsas menyuya getmək üçün Geri basın. Çıxmaq üçün basıb saxlayın. 17
Musiqini çalmaq üçün 1 Gözləmə rejimindən bunu basın. 2 Mahnıları müğənniyə, musiqi faylına və ya çalğı siyahısına görə gözdən keçirin. Siyahının üzərinə gedin və Aç seçin. 3 Başlığın üzərinə gedin və Çal seçin. PlayNow PlayNow ilə musiqini İnternetdən əvvəlcədən gözdən keçirə, satın ala və yükləyə bilərsiniz. PlayNow-i buradan əldə edə bilərsiniz Menyu > PlayNow. Bu funksiyadan istifadə etmək üçün telefonunuzda düzgün Internet parametrləri olmalıdır. İnternet səhifə 32-ə baxın. TrackID TrackID musiqi tanıma xidmətidir. Mahnı adlarını, müğənniləri və albom adlarını axtara bilərsiniz. Bu funksiyadan istifadə etmək üçün telefonunuzda düzgün Internet parametrləri olmalıdır. İnternet səhifə 32-ə baxın. Mahnıya dair məlumatın axtarılması 1 Mahnını səs ucaldandan eşitdiyiniz zaman, gözləmə rejimindən bunu seçin Menyu > Əyləncə > TrackID > Başlat. 2 Radioda çalınan zaman bunu seçin Seçiml. > TrackID. 18
Radio Qadağan edilmiş yerlərdə telefonunuzdan radio kimi istifadə etməyin. Radioya qulaq asmaq üçün 1 Səs ucaldanı telefonunuza qoşun. 2 Gözləmə rejimindən Menyu > Radio seçin. Radioya nəzarət etmək üçün FM radio kanallarını axtarmaq üçün və ya basın. FM radio kanalının saxlanması Seçiml. > Saxla seçin. Yerin üzərinə gedin və Seç basın. Saxlanan FM radio kanalına qulaq asmaq üçün FM radio yandırıldıqda bunu basın. FM radiodan çıxın. 1 Geri seçin və ya basın. 2 Radio kiçildilsin? görünür. Xeyr seçin. Kiçildildikdə FM radionu söndürmək üçün 1 Menyu > Radio seçin. 2 Geri seçin və ya basın. 3 Radio kiçildilsin? görünür. Xeyr seçin. FM radio seçimlərini gözdən keçirmək üçün FM radio aktiv olduğu zaman Seçiml. seçin. 19
Şəklin yaradılması Kamera və video yazıcı Saxlamaq, gözdən keçirmək və mesajlarda göndərmək üçün şəkil çəkə və video kliplər yaza bilərsiniz. Saxlanan şəkilləriniz və video kliplərinizi burada tapa bilərsiniz Menyu > Fayl meneceri > Kamera albomu. 1 Böyüt və ya kiçilt 2 Şəkillərin çəkilməsi/video kliplərin yazılması 1 2 Şəkil çəkmək üçün 1 Kameranı aktivləşdirmək üçün basıb saxlayın. 2 və ya basın ki, bunu seçəsiniz -a gedəsiniz. 3 Şəkil çəkmək üçün basın. Yaddaş kartı daxil edildikdə, şəkil avtomatik yaddaş kartında saxlanır. Daxil edilməyibsə, şəkil telefon yaddaşında saxlanır. Fonda güclü işıq olduqda yazmayın. Solğun şəklin alınmaması üçün dəstək və ya avtotaymerdən istifadə edin. 20
Video klipin yazılması 1 Kameranı aktivləşdirmək üçün basıb saxlayın. 2 və ya basın ki, -a gedəsiniz. 3 Yazmağa başlamaq üçün tam basın. Yaddaş kartı daxil edilibsə, video klip avtomatik yaddaş kartında saxlanır. Daxil edilməyibsə, video klip telefon yaddaşında saxlanır. Yazmağı dayandırmaq üçün basın basın. Video klip avtomatik yaddaş kartında saxlanır. Böyütmək və ya kiçiltmək üçün Səs səviyyəsi düyməsini yuxarı və ya aşağı basın. Kompüterinizə və kompüterinizdən şəkilləri köçürmək üçün Bluetooth simsiz texnologiyasından və ya USB kabeldən istifadə edərək şəkillər və video klipləri kompüteriniz və telefonunuz arasında köçürə bilərsiniz. Bluetooth üçün səhifə 30-ə və Faylları Kütləvi yaddaş rejimində ötürmək üçün üçün səhifə 15-ə baxın. 21
Zəng etmə Telefonu yandırmalı və əhatə dairəsində olmalısınız. Zəng etmək üçün 1 Gözləmə rejimindən telefon nömrəsi daxil edin (tətbiq edilirsə, beynəlxalq ölkə kodu ilə və sahə kodu ilə). 2 basın. Kontaktlarınızdakı və zəng siyahınızdakı nömrələrə zəng edə bilərsiniz. Kontaktlar üçün səhifə 27-ə və Zəng siyahısı üçün səhifə 23-ə baxın. Zəngin bitirilməsi basın. Zəngə cavab vermək üçün basın. Zəngi rədd etmək üçün basın. Zəng ərzində qulaq dinamikinin səs səviyyəsini dəyişdirmək üçün Gözləmə rejimindən səs səviyyəsi düyməsini yuxarı və ya aşağı basın. Zəng ərzində səs ucaldanı yandırmaq üçün Din.yan. seçin. Səs ucaldandan istifadə edərkən telefonu qulağınıza tutmayın. Bu, qulağınıza zərər verə bilər. 22
Beynəlxalq zəng etmək üçün 1 Ekranda + işarəsi görünənə qədər gözləmə rejimindən basıb saxlayın. 2 Ölkə kodunu, sahə kodunu (əvvəlində sıfır olmadan), telefon nömrəsini daxil edin. 3 basın. Buraxılan zəngləri gözləmə rejimindən yoxlamaq üçün Buraxılmış zənglər: göstərildikdə, G. keçir seçin. Geri zəng etmək üçün nömrənin üzərinə gedin və basın. Zəng siyahısı Ən son zənglərə dair məlumatı gözdən keçirə bilərsiniz. Zəng siyahısındakı nömrəyə zəng etmək 1 Gözləmə rejimindən bunu basın. 2 Ad və ya nömrənin üstünə gedin və basın. Zəng siyahısındakı nömrəni silmək üçün 1 Gözləmə rejimindən bunu basın. 2 Ad və ya nömrənin üstünə gedin və > Bəli seçin. Sürətli yığım Sürətli yığım funksiyası cəld yığmaq üçün doqquz kontakt seçmənizə imkan verir. Kontaktları 2-9 yerlərində saxlamaq olar. Yer 1 səs poçtu nömrəsinə qurulub. 23
Kontaktları sürətli yığım nömrələrinə əlavə etmək üçün 1 Gözləmə rejimindən Menyu > Parametrlər > Zənglər nişanı > Sürətli yığım seçin. 2 Yer nömrəsini seçin və basın. 3 Nömrəni daxil edin və ya Kontaktlar > OK seçin. 4 Seçimin üzərinə gedin və OK > OK seçin. Sürətli yığmaq üçün Gözləmə rejimindən yer nömrəsini basıb saxlayın. Təcili zənglər Telefonunuz beynəlxalq təcili nömrələri dəstəkləyir, məsələn, 112 və 911. GSM şəbəkəsinin əhatə dairəsində olduqda, SİM kart olsa və hətta olmasa belə istənilən ölkədən bu təcili zənglər etmək olur. Təcili zəng etmək üçün Gözləmə rejimindən beynəlxalq təcili yardım nömrəsini daxil edin, məsələn 112 və basın. Bəzi ölkələrdə başqa təcili nömrələr də təmin edilə bilər. Şəbəkə operatorunuz bu səbəbə görə əlavə təcili nömrələri SİM kartda saxlamış ola bilər. 24
Mesajlaşma Mətn mesajları(sms) Xidmət provayderiniz tərəfindən təmin edilən və SİM kartda saxlanan xidmət mərkəzinizin nömrəsi sizdə olmalıdır. Nömrəni özünüz daxil etməli ola bilərsiniz. Telefonunuzda düzgün xidmət mərkəzi nömrəsinin olduğuna əmin olun. Mətn daxil etmə-a səhifə 33-də baxın. Mətn mesajının yazılması və göndərilməsi 1 Gözləmə rejimindən Menyu > Mesajlaşma > Yenisini yaz > Mətn mesajı seçin. 2 Mesajı yazın və Dvm et seçin. 3 Seçimlərdən birini seçin. 4 OK > Göndər seçin. Qəbul edilən mətn mesajının gözdən keçirilməsi 1 Yeni mesaj göndərilib: görünür. G. keçir seçin. 2 Oxunmayan mesajı seçin. Gələn qutusunda saxlanan mesajları gözdən keçirmək üçün Menyu > Mesajlaşma > Gələnlər qutusu seçin. Göndərilən mesajın çatdırılma statusunu əldə etmək üçün 1 Gözləmə rejimindən Menyu > Mesajlaşma > Parametrlər > Mətn mesajı > Çatdırılma hesabtı seçin. 2 Yandır seçin. Mesaj uğurla çatdırıldıqda sizə bildiriş veriləcək. 25
Şəkil mesajları(mms) Şəkil mesajlarının tərkibində mətn, səs və şəkillər ola bilər. Onlar MMS-dən istifadə edilərək mobil telefona göndərilir. Bu funksiyadan istifadə etmək üçün telefonunuzda düzgün Internet parametrləri olmalıdır. İnternet-a səhifə 32-də baxın. Şəkil mesajının yaradılması 1 Gözləmə rejimindən Menyu > Mesajlaşma > Yenisini yaz > Şəkil mesajı seçin. 2 Mesaj yaratmaq üçün seçimlərdən birini seçin. Şəkil mesajı göndərmək üçün 1 Mesaj hazır olduqda Dvm et seçin. 2 Seçimlərdən birini seçin. 3 OK > Göndər seçin. Həm göndərən, həm də qəbul edən telefonun şəkil mesajlaşmasını dəstəkləyən abunəliyi olmalıdır. Məlumat ötürülməsini dəstəkləyən abunəlik və düzgün parametrlərin telefonunuzda olduğuna əmin olun. 26
Kontaktlar Kontaktları telefon yaddaşı və ya SIM kartda saxlaya bilərsiniz. Kontaktları telefon yaddaşından SİM karta və ya SİM kartdan telefon yaddaşına kopyalaya bilərsiniz. Standart kontaktlar Siz hansı kontakt məlumatlarının standart məlumatlar olaraq görünməsini seçə bilərsiniz. Əgər Telefon kontaktları standart olaraq seçilibsə, sizin kontaktlarınız Kontaktlarda saxlanan bütün məlumatları göstərir. Əgər SİM kartdakı kontaktlar standart olaraq seçsəniz, sizin kontaktlarınız SİM kartda saxlanan adları və nömrələri göstərir. Standart kontaktların seçilməsi 1 Gözləmə rejimindən bunu seçin Menyu > Kontaktlar > Seçiml. > Qabaqcıl > Standrt kontaktlar. 2 Seçimlərdən birini seçin. Mətn daxil etmə-a səhifə 33-də baxın. 27
Telefon kontaktları Telefon kontaktlarında adlar, telefon nömrələri və şəxsi məlumatlar ola bilər. Onlar telefon yaddaşında saxlanılır. Telefon kontaktı əlavə etmək üçün 1 Gözləmə rejimindən Menyu > Kontaktlar > Yeni kontakt seçin. 2 Familiya: -ə gedin və Əlavə et seçin. 3 Ad daxil edin və OK seçin. 4 Ad: -ə gedin və Əlavə et seçin. 5 Ad daxil edin və OK seçin. 6 Yeni nömrə: -ə gedin və Əlavə et seçin. 7 Nömrəni daxil edin və OK seçin. 8 Saxla seçin. Bütün telefon kitabçası nömrələrilə birgə + işarəsi və ölkə kodunu daxil edin. Sonra onlar xaricdə və ölkənizdə istifadə edilə bilər. Beynəlxalq zəng etmək üçün-a səhifə 23-də baxın. Kontakta zəng etmək üçün 1 Gözləmə rejimindən Menyu > Kontaktlar seçin. 2 Kontaktın üzərinə sürüşdürərək gedin və ya ilk bir neçə hərflərini daxil edin. 3 basın. Kontaktın redaktə edilməsi 1 Gözləmə rejimindən Menyu > Kontaktlar seçin. 2 Kontakt seçin. 3 Seçiml. > Kontaktı red. et seçin. 4 Məlumatı redaktə edin və Saxla seçin. 28
Kontaktın silinməsi 1 Gözləmə rejimindən Menyu > Kontaktlar seçin. 2 Kontakt seçin. 3 Seçiml. > Sil seçin. Kontaktı SİM karta kopyalamaq üçün 1 Gözləmə rejimindən Menyu > Kontaktlar seçin. 2 Kontaktın üzərinə gedin seçin. 3 Seçiml. > Dh. çox > SIM-ə kopyala seçin. Öz telefon nömrənizi gözdən keçirmək üçün Gözləmə rejimindən Menyu > Kontaktlar > Seçiml. > Nömrələrim seçin. Kontakt yaddaşı Kontaktlar-da saxlaya biləcəyiniz qeydlərin sayı SİM kartın həcmindən asılıdır. Kontakt yaddaşının statusunun yoxlanması Gözləmə rejimindən Menyu > Kontaktlar > Seçiml. > Yaddaş statusu seçin. 29
Bluetooth Bluetooth simsiz texnologiyası digər Bluetooth cihazlarına, məsələn Bluetooth qulaqlığa qoşulma imkanı yaradır. Eyni vaxtda bir neçə cihaza qoşula və ya mübadilə apara bilərsiniz. İki Bluetooth cihaz arasında tövsiyə edilən maksimum məsafə arada bərk cisimlər olmamaq şərtilə 10 metrdir (33 fut). Bluetooth funksiyasını yandırmaq üçün Gözləmə rejimindən bunu seçin Menyu > Parametrlər > Bağlılıq nişanı > Bluetooth > Yandır. Yerli qanun və ya qaydaların Bluetooth simsiz texnologiyasının istifadəsinə qadağa qoyub qoymadığını yoxlayın. Əgər icazə verilmirsə, Bluetooth funksiyasının söndürüldüyünə əmin olmalısınız. Telefonunuzu göstərmək və ya gizlətmək üçün Gözləmə rejimindən Menyu > Parametrlər > Bağlılıq nişanı > Bluetooth > Görünüş > Telefonu göstər və ya Telefonu gizlət seçin. Digər istifadəçilər Bluetooth simsiz texnologiyası ilə telefonu aşkar edə bilmirsə, Bluetooth funksiyasını yandırın. Görünüşün telefonun göstərilməsinə qurulduğuna əmin olun. Əgər gizlətməyə qurulubsa, digər cihazlar Bluetooth simsiz texnologiyasından istifadə edərək sizin telefonunuzu təyin edə bilməyəcək. 30
Telefonunuza cihazın qoşulması 1 Mövcud cihazları axtarmaq üçün gözləmə rejimindən Menyu > Parametrlər > Bağlılıq nişanı > Bluetooth > Cihazlarım > Yeni cihaz seçin. 2 Siyahıdan cihazı seçin. 3 Tələb olunursa, parolu daxil edin. Bluetooth səs ucaldanı telefonunuza qoşmaq üçün 1 Mövcud səs ucaldan cihazlarını axtarmaq üçün gözləmə rejimindən Menyu > Parametrlər > Bağlılıq nişanı > Bluetooth > Cihazlarım > Yeni cihaz seçin. 2 Səs ucaldanın üzərinə gedin və Bəli seçin. 3 Tələb olunursa, parolu daxil edin. Elementin qəbul edilməsi 1 Gözləmə rejimindən bunu seçin Menyu > Parametrlər > Bağlılıq nişanı > Bluetooth > Yandır. 2 Element qəbul etdiyiniz zaman görünən təlimatlara əməl edin. Bluetooth-dan istifadə edərək elementi göndərmək üçün 1 Gözləmə rejimindən məsələn, bunu seçin Menyu > Fayl meneceri > Kamera albomu. 2 Şəklin üzərinə gedin və Seçiml. > Göndər > Bluetooth seçin. 31
İnternet Telefonunuzdakı İnternet parametrlərini düzəltməlisiniz. Parametrlər telefonunuzda deyilsə, bunu edə bilərsiniz: Onları şəbəkə operatorunuzdan mətn mesajı ilə alın. www.sonyericsson.com/support ünvanına kompüterdən baş çəkin və parametrlər olan mətn mesajı tələb edin. Məlumat ötürülməsini dəstəkləyən telefon abunəliyinizin olduğuna əmin olun. İnternet profili seçmək üçün 1 Gözləmə rejimindən Menyu > İnternet > İnternet param. > Hesablar seçin. 2 Hesab seçin. Gözdən keçirmənin başladılması 1 Gözləmə rejimindən Menyu > İnternet seçin. 2 Seçimlərdən birini seçin: Ana səhifə əvvəlcədən təyin edilən ana səhifəyə gedin. Ünvan daxil et Veb ünvanı daxil edin. Əlfəcinlər birbaşa saxlanan Veb ünvana gedin. Tarixçə əvvəl baş çəkilən səhifələri göstərir. Saxlanan səh. birbaşa saxlanan Veb səhifəyə gedin. İnternet param. hesablar, bağlantı vaxtı, ağ siyahı kimi seçimləri seçin. Gözdən keçirmənin dayandırılması Gözdən keçirərkən basıb saxlayın. 32
Daha çox funksiya Qısa yollar Qısa yol menyusu ilə müəyyən funksiyalara cəld daxil ola bilərsiniz. Qısa yol menyusunu açmaq üçün basın. Mətn daxil etmə Mətn daxil etmək üçün istifadə edəcəyiniz iki metod var: çoxvurma ilə mətn daxil etmə və ya qabaqcadan bilinən simvol yazma. Proqnozlaşdırılmış mətn daxil etmədən istifadə edərkən hər düyməyə bir dəfə basırsınız. Səhv olsa belə sözü yazmağa davam edin. Bütün hərflər daxil edildikdə sözü tanımaq üçün telefon lüğətdən istifadə edir. Proqnozlaşdırılmış mətn daxil etmədən istifadə edərək mətnin daxil edilməsi 1 Məsələn, Jane sözünü yazmaq üçün,,, basın. 2 İndi bəzi seçimləriniz var: Göstərilən söz istədiyiniz sözdürsə, qəbul etmək və boşluq əlavə etmək üçün basın. Boşluq əlavə etmədən sözü qəbul etmək üçün basın. Göstərilən söz istədiyiniz söz deyilsə, alternativ sözləri görmək üçün və ya təkrar-təkrar basın. Sözü qəbul etmək və boşluq əlavə etmək üçün basın. Nöqtə və vergülləri daxil etmək üçün basın və ardından təkrar-təkrar və ya basın. 33
Çoxvurmadan istifadə edərək mətn daxil etmək üçün İstədiyiniz simvol görünənə qədər təkrar-təkrar basın. Boşluq əlavə etmək üçün basın. Nöqtə və vergülləri daxil etmək üçün basın. Böyük hərflərdən kiçiklərə və əksinə keçmək üçün basın. Rəqəm daxil etmək üçün basıb saxlayın. Mətn daxil etmə metodlarinin dəyişdirilməsi Mesaj yazarkən basıb saxlayın. Mətn mesajına elementlərin əlavə edilməsi Mesajınızı yazarkən Seçiml. > Elem. daxil et seçin. Seçimlərdən birini seçin. Simvolları silmək üçün seçin. Yazı dilinin dəyişdirilməsi Mesaj yazarkən basıb saxlayın. Avtomatik düymə kilidi Qısa vaxt sonra klaviatura kilidlənir. Avtomatik düymə kilidini yandırmaq üçün Gözləmə rejimindən bunu seçin Menyu > Parametrlər > Ümumi nişanı > Təhlükəsizlik > Avto. düymə kilidi > Yandır. Hətta klaviatura kilidli olduqda belə beynəlxalq təcili yardım nömrəsi olan 112 -ə zəng etmək olur. 34
Səs poçtu Cavab verə bilmədiyiniz zaman zəng edənlər səs poçtu mesajı saxlaya bilər. Səs poçtu nömrənizizi şəbəkə operatorunuzdan əldə edə bilərsiniz. Səs poçtu nömrənizi daxil etmək üçün 1 Gözləmə rejimindən Menyu > Mesajlaşma > Parametrlər > Səs poçtu nömrəsi seçin. 2 Səs poçtu nömrəsinin üstünə gedin və OK seçin. 3 Xidmət provayderinizdən aldığınız səs poçtu nömrəsini daxil edin və OK basın. Səs poçtu xidmətinizə zəng etmək üçün Gözləmə rejimində bu düyməni basıb saxlayın. Uçuş rejimi Həssas avadanlığa mane olmanın qarşısını almaq üçün Uçuş rejimi-də şəbəkə və radio qəbul ediciləri və ya ötürücüləri söndürülür. Uçuş rejimi menyusu aktiv olduqda, növbəti dəfə telefonu yandırdıqda, rejim seçməyiniz tələb olunur: Normal rej. tam funksiya ilə işləmə. Uçuş rejimi məhdud funksiya ilə işləmə. Ancaq Walkman pleyer. Uçuş rejimi menyusunu aktivləşdirmək üçün Gözləmə rejimindən bunu seçin Menyu > Parametrlər > Ümumi nişanı > Uçuş rejimi > Başlnğıcda göst. 35
SİM kartın kilidi PİN və PUK kodlarınız şəbəkə operatorunuz tərəfindən verilir. Əgər PIN kodunuzu redaktə edərkən bu mesaj PİN səhvdir Qalan cəhdlər: görünsə, o deməkdir ki, PIN və ya PIN2 kodunuzu səhv daxil etmisiniz. SİM kartın yolunu açmaq üçün 1 PİN bloklanıb göstərildikdə, Kilidi aç seçin. 2 PUK kodunuzu daxil edin və OK seçin. 3 Yeni PIN kodu daxil edin və OK seçin. 4 Təsdiq etmək üçün yeni PIN kodu yenidən daxil edin və OK seçin. SİM kartın kilidini yandırmaq üçün 1 Gözləmə rejimindən Menyu > Parametrlər > Ümumi nişanı > Təhlükəsizlik > Kilidlər > SİM qoruma > Qoruma seçin. 2 PIN kodunuzu daxil edin və OK seçin. 3 Yandır seçin. PIN kodunuzu redaktə etmək üçün 1 Gözləmə rejimindən Menyu > Parametrlər > Ümumi nişanı > Təhlükəsizlik > Kilidlər > SİM qoruma > PİN kodu dəyişdir seçin. 2 PIN kodunuzu daxil edin və OK seçin. 3 Yeni PIN kodu daxil edin və OK seçin. 4 Təsdiq etmək üçün yeni PIN kodu yenidən daxil edin və OK seçin. 36
Telefon kilidi Telefon kilidi telefonu icazəsiz istifadəyə qarşı qoruyur. Telefon kilidi kodunu (standart 0000) istənilən dörd rəqəmli kod ilə dəyişdirə bilərsiniz. Əgər telefon kilidi Söndür-ə qurulsa, telefona başqa SİM kart daxil edilənə qədər telefon kilidi kodunuzu daxil etməyə ehtiyac yoxdur. Telefon kilidi kodunuzu redaktə etmək üçün 1 Gözləmə rejimindən Menyu > Parametrlər > Ümumi nişanı > Təhlükəsizlik > Kilidlər > Telefon qoruması > Kodu dəyişdir seçin. 2 Hazırki kodunuzu daxil edin və OK seçin. 3 Yeni kodu daxil edin və OK seçin. 4 Təsdiq etmək üçün yeni kodu yenidən daxil edin və OK seçin. Əgər yeni kodu unutsanız, telefonunuzu yerli pərakəndə Sony Ericsson satıcısına aparmalısınız. Telefonun kilidini açmaq üçün 1 Gözləmə rejimindən Menyu > Parametrlər > Ümumi nişanı > Təhlükəsizlik > Kilidlər > Telefon qoruması > Kodu g. keçir seçin. 2 Telefon kilidi kodunuzu daxil edin və OK seçin. 3 Söndür seçin. 37
Zavod parametrlərinə yenidən qurma Telefonunuzda ekranın yanıb sönməsi və ya donması və naviqasiya kimi problemlər çıxarsa, telefonu yenidən qurmalısınız. Telefonu yenidən qurmaq üçün Gözləmə rejimindən bunu seçin Menyu > Parametrlər > Ümumi nişanı > Hamısını yen. qur > Dvm et > Dvm et. Hamısını yen. qur kontaktlar, mesajlar, şəkillər və səslər kimi telefonunuzdakı bütün istifadəçi məlumatlarını siləcək. Yaddaşı boşaltmaq üçün hər gün telefonunuzu yenidən başladın. Yaddaşın işləməsində problem olarsa və ya telefon yavaş işləyərsə, Zavod parametrlərinə yenidən qurun. 38
Maye Eynilik loqosu, PlayNow və TrackID Sony Ericsson Mobile Communications AB şirkətinin ticarət nişanları və ya qeydiyyatdan keçmiş ticarət nişanlarıdır. Sony, M2, Memory Stick Micro və WALKMAN Sony Corporation şirkətinin ticarət nişanlarıdır. Ericsson Telefonaktiebolaget LM Ericsson şirkətinin ticarət nişanı və ya qeydiyyatdan keçmiş ticarət nişanıdır. Digər bütün ticarət nişanları müvafiq sahiblərinin mülkiyyətidir. MPEG Layer-3 audio dekoder texnologiyası üçün lisenziya Fraunhofer IIS və Thomson-dan alınmışdır. İxrac Qaydaları: Bu məhsul hər hansı proqram və ya texniki məlumatlar daxil olmaqla ABŞ ixracata nəzarət qanunlarına tabe tutula bilər, buraya ABŞ İxracat Administrasiyası Aktı və əlaqədar qanunlar, ABŞ Maliyyə Nazirliyinin Xarici Mülkiyyətə Nəzarət Ofisinin nəzarət etdiyi ABŞ Sanksiyaları daxildir və digər ölkələrdə də ixracat və itxalat qanunları ilə qorunmuş ola bilər. Müştəri bütün belə qaydalara əməl edəcəyi ilə razılaşır və qəbul edir ki, bu məhsulu ixrac, itxal və ya yenidən ixrac etmək üçün lisenziya əldə etməlidir. Heç bir məhdudiyyət olmadan bu məhsul, daxil olan hər hansı proqramla birgə aşağıdakı hallarda heç bir şəkildə yüklənə, ixrac və ya yenidən ixrac edilə bilməz: (i) Kuba, İraq, İran, Şimali Koreya, Sudan, Suriya (bu siyahı vaxtaşırı yenilənə bilər) və ya ABŞ-ın mallara qadağa qoyduğu hər hansı digər ölkəyə və ya həmin ölkənin vətəndaşı və ya rezidenti və ya burada fəaliyyət göstərən firma tərəfindən, (ii) ABŞ Maliyyə Nazirliyinin Xüsusi Təyin edilən Vətəndaşlar siyahısında olan şəxs və ya firma tərəfindən və ya onun üçün, (iii) ABŞ Kommersiya Departamentinin təyin etdiyi Qadağa qoyulan şəsx və ya firmaların siyahısı və ya ABŞ Dövlət Departamentinin Yayılmanın qarşısının alınması üzrə Sanksiyalar siyahısı daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, ABŞ Höküməti tərəfindən vaxtaşırı təmin edilən başqa qadağa siyahısındakı şəxs və ya firma tərəfindən və ya onun üçün. 39
Declaration of conformity for W302 We, Sony Ericsson Mobile Communications AB of Nya Vattentornet SE-221 88 Lund, Sweden declare under our sole responsibility that our product Sony Ericsson type AAC-1052091-BV and in combination with our accessories, to which this declaration relates is in conformity with the appropriate standards EN 301 511:V9.0.2, EN 300 328:V1.7.1, EN 301 489-7:V1.3.1, EN 301 489-17:V1.2.1 and EN 60950-1:2006, following the provisions of, Radio Equipment and Telecommunication Terminal Equipment Directive 1999/5/EC. Lund, March 2008 Shoji Nemoto, Head of Product Business Unit GSM/UMTS Biz R&TTE Təlimatlarının tələblərini yerinə yetiririk (1999/5/EC). FCC Statement This device complies with Part 15 of the FCC rules. Operation is subject to the following two conditions: (1) This device may not cause harmful interference, and (2) This device must accept any interference received, including interference that may cause undesired operation. Any change or modification not expressly approved by Sony Ericsson may void the user s authority to operate the equipment. This equipment has been tested and found to comply with the limits for a Class B digital device, pursuant to Part 15 of the FCC Rules. These limits are designed to provide reasonable protection against harmful interference in a residential installation. This equipment generates, uses and can radiate radio frequency energy and, if not installed and used in accordance with the instructions, may cause harmful interference to radio communications. However, there is no guarantee that interference will not occur in a particular installation. If this equipment does cause harmful interference to radio or television reception, which can be determined by turning the equipment off and on, the user is encouraged to try to correct the interference by one or more of the following measures: - Reorient or relocate the receiving antenna. - Increase the separation between the equipment and receiver. - Connect the equipment into an outlet on a circuit different from that to which the receiver is connected. - Consult the dealer or an experienced radio/tv technician for help. 40
Industry Canada Statement This device complies with RSS-210 of Industry Canada. Operation is subject to the following two conditions: (1) this device may not cause interference, and (2) this device must accept any interference, including interference that may cause undesired operation of the device. This Class B digital apparatus complies with Canadian ICES-003. Cet appareil numérique de la classe B est conforme à la norme NMB-003 du Canada. Sony Ericsson W302 GSM 850/900/1800/1900 Bu İstifadəçi təlimatları Sony Ericsson Mobile Communications AB və ya onun yerli filialı tərəfindən, heç bir təminat verilmədən dərc edilmişdir. Çap səhvləri, hazırki məlumatların uyğunsuzluğu, proqram və ya cihazların təkmilləşdirilməsinə görə Bu İstifadəçi təlimatlarına tətbiq edilməsi zəruri olan dəyişikliklər və yaxşılaşdırmalar Sony Ericsson Mobile Communications AB tərəfindən istənilən vaxt və bildiriş vermədən tətbiq edilə bilər. Belə dəyişikliklər bu İstifadəçi məlumatlarının yeni nəşrlərində tətbiq ediləcəkdir. Bütün hüquqları qorunur. Sony Ericsson Mobile Communications AB, 2008 Qeyd: Bu İstifadəçi təlimatlarındakı bəzi xidmətləri bütün şəbəkələr dəstəkləmir. Bu, həmçinin GSM Beynəlxalq Təcili Yardım Nömrəsi olan 112 üçün də tətbiq edilir. Müəyyən bir xidmətdən istifadə edə bilib bilmədiyinizi öyrənmək üçün şəbəkə operatorunuzla və ya xidmət provayderinizlə əlaqə saxlayın. Mobil telefonunuzdan istifadə etməzdən əvvəl Vacib məlumat -ı oxuyun. Buradakı bütün təsvirlər ancaq təsvir etmək üçündür və həqiqi telefonu tam təsvir etməyə bilər. Zəng melodiyaları kimi əlavə tərkibi yükləmək, saxlamaq və ötürmək üçün mobil telefonunuzun imkanı var. Belə tərkibin istifadəsi üçüncü tərəflərin hüquqları tərəfindən məhdudlaşdırıla və ya qadağan edilə bilər, buraya qüvvədə olan müəllif hüquqlarına əsasən məhdudiyyət qoyulması daxildir, lakin bununla məhdudlaşdır. Telefonunuza yüklədiyiniz və ya telefonunuzdan ötürdüyünüz əlavə tərkibə görə Sony Ericsson deyil, siz məsuliyyət daşıyırsınız. Hər hansı bir əlavə tərkibdən istifadə etməzdən əvvəl istifadə etməyiniz üçün icazə verilib verilmədiyini təsdiq edin. Sony Ericsson əlavə tərkibin və ya üçüncü tərəfdən əldə edilən tərkibin uyğun, bütün və keyfiyyətli olduğuna zəmanət vermir. Heç bir halda Sony Ericsson sizin əlavə tərkib və ya üçüncü tərəfdən əldə edilən tərkibdən səhv istifadə etməyinizə görə cavabdeh olmayacaq. Qabaqcadan bilinən simvol yazma texnologiyası Zi Corporation firmasının lisenziyası ilə istifadə olunur. Bluetooth söz nişanı və loqotiplərinin sahibi Bluetooth SIG, Inc. Aşirkətidir və belə nişanlar Sony Ericsson tərəfindən lisenziya ilə istifadə edilir. MPEG Layer-3 audio dekoder texnologiyası üçün lisenziya Fraunhofer IIS və Thomson-dan alınmışdır. Microsoft Microsoft Corporation şirkətinin Birləşmiş Ştatlar və digər ölkələrdəki ticarət nişanıdır. 41
www.sonyericsson.com Sony Ericsson Mobile Communications AB SE-221 88 Lund, Sweden 1209-9678.3 Printed in Country